Səhiyyə Nazirliyi həkimlərin işə qəbulu bağlı keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb

Səhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı ötən ilin 25-27 dekabr və bu ilin 6-7 yanvar tarixlərində keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb.
 
Nazirliyin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən 63 nəfər uğur qazanaraq həkim kimi fəaliyyət göstərmək hüququ əldə edib.
 
Müsahibədən müvəffəqiyyətlə keçən həkimlər yanvarın 14-də Səhiyyə Nazirliyinin “Elektron səhiyyə” xidmətindən iş yerlərinə göndəriş ala bilərlər.

Google+ WhatsApp ok.ru