Bakıda Rəsulzadənin büstünü dağıtdılar - FOTO

Metropolitenin yeni rəisindən barbarcasına davranış

Azərbaycan dövlətinin qurucusu Məmməd Əmin Rəsulzadənin Bakıda olan yeganə büstü (Novxanıdakı abidə deyil) dağıdılıb və yerində Heydər Əliyevin büstü qoyulub.

Bu barədə məlumatı və fotoları "Azadlıq" qəzetinə bir oxucu göndərib.

Söhbət Rəsulzadənin Bakmil metrostansiyasının yanında, depo ərazisində olmuş büstündən gedir. Burada Rəsulzadənin büstü 1992-93-cü illərdə, Elçibəyin prezidentliyi dönəmində qoyulub.

Bugünlərdə metropolitenin yeni rəisi zaur Hüseynov həmin büstün sökülməsinə göstəriş verib. Büst dağıdılıb və qalıqları yük maşınına yığılaraq aparılıb. Belə ehtimal olunur ki, Zaur Hüseynov eyni ərazidə Heydər Əliyevin büstü ilə Rəsulzadənin büstünün olmasını hansısa motivlə məqbul bilməyib. Ona görə də Rəsulzadənin büstünü dağıtdırıb. Məsələ burasındadır ki, Zaur Hüseynovun metropolitendə yeni rəis kimi gördüyü işlərdən biri də bugünlərdə depo ərazisində Heydər Əliyevə büst qoydurmaq olub.

Google+ WhatsApp ok.ru