Bakıda İran-ABŞ əlaqələri müzakirə olunurmu? - Hər iki tərəfin rəsmi mövqeyi 10 Noyabr 2014 02:00 Dünya Bakıda İran və ABŞ arasında diplomatik əlaqələrin yaradılmasına dair müzakirələrin aparılması barədə məlumat rəsmən təkzib edilib. Müzakirələrdə iştirak edəcəyi iddia edilən Tehranın Beynəlxalq Ticarət Palatasının rəhbəri Məhəmmədrza Səbzəlipur Trend-ə “The Times” qəzetində Bakıda İran və ABŞ arasında diplomatik əlaqələrin yaradılmasına dair müzakirələrin aparılması ilə bağlı yayılan məlumatı şərh edərkən bildirib ki, o, İranda heç bir ABŞ ticarət ofisinin açılmasında vasitəçilik etmir və ümumiyyətlə, Azərbaycanda müzakirələr üçün nümayəndə heyətinə başçılıq etmir. M.Səbzəlipur deyib ki, o, Bakıda yaxın vaxtlarda səfərdə olmayıb və İran nümayəndə heyətinin tərkibində də deyil. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə yayılan məlumatı təkzib ediblər və bildiriblər ki, nəşrin yaydığı məlumatda da ABŞ tərəfinin təkzibi qeyd olunub. Qeyd edək ki, “The Times” xəbər verir ki, tərəflər nüvə anlaşmasına yaxındır və bu səbəbdən ABŞ və İran rəsmiləri nüvə anlaşmasının əldə olunmasının ardınca ikitərəfli diplomatik münasibətlərin bərpası məsələsini müzakirə edilir. Mənbə bildirib ki, Bakı danışıqlarında mövzu ABŞ-ın Tehranda ticarət nümayəndəliyinin açılması barədədir. Adının açıqlanmasını istəməyən İran rəsmiləri qəzetə bildiriblər ki, danışıqların növbəti raundu bu həftə yenidən Bakıda keçiriləcək. Tehranı həmin danışıqlarda M.Səbzəlipur təmsil edəcək. Teqlər : #Bakıda İranABŞ əlaqələri müzakirə olunurmu? Hər iki tərəfin rəsmi mövqeyi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İstanbulun mərkəzində sionizmə qarşı aksiya keçirildi (Foto) İbrahim Rəhimpur: İslam ölkələri arasında qeyri-müsəlman ölkələrinin zülmünə qarşı birlik yoxdur
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO