Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib

Bakıda yol qəzası qeydə alınıb. Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Nobel prospektində, “Günəş Petrol”un qarşısında  qeydə alınıb.
1 nömrəli xətt üzrə hərəkət edən “DAEWOO” markalı  sərnişin avtobusu ilə “VAZ 21-06” markalı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.

Google+ WhatsApp ok.ru