Bakıda səfirin köməkçisi qəza törətdi

Rusiyanın Azərbaycandakı səfirinin köməkçisi Bakıda yol qəzası törədib. “Report” xəbər verir ki, Nəsimi rayonunda H.Ələsgərova küçəsində Rusiya Federasiyası vətəndaşı, Rusiya səfirinin köməkçisi Viktor İqoroviç Zemin idarə etdiyi “Wolksvagen Jetta” markalı avtomobillə qəzaya düşüb.
 
Səfir köməkçisinin idarə etdiyi maşınla Bakı Samir Nəzərovun idarə etdiyi “Niva” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki maşın zədələnib. Sürücülər yüngül bədən xəsarətləri alıb.
 
Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru