Bakıda sərnişin avtobusu qəzaya uğradı: ölən var 17 Sentyabr 2016 01:00 Hadisə Bakı şəhəri, Xəzər rayonunda “İVECO” markalı avtobusla “Renault” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:31-də başa çatıb. Teqlər : #Bakıda sərnişin avtobusu qəzaya uğradı: ölən var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ötən 8 ayın `yol terroru`: 490 ölü, 1409 yaralı Xəstə öldü – Qohumları tibb bacısını döydü