Bakıda sərnişin avtobusu qəzaya düşüb, 5 nəfər xəsarət alıb 10 Aprel 2017 01:00 Hadisə Bakıda sərnişin avtobusu qəzaya düşüb. “Report”un xəbərinə görə, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb. Məlumata görə, 77 saylı sərnişin avtobusu “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb. Belə ki, avtobus sərnişinləri arasında xəsarət alan üç nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Avtomobilin yaralanan sərnişinləri isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Bakıda sərnişin avtobusu qəzaya düşüb,#5 nəfər xəsarət alıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda xəstəxanada ölən uşağın valideynləri həkimi ittiham edir Dəm qazı bir ailənin 6 üzvünü zəhərləyib