Bakıda sabah hava küləkli olacaq

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək. 
 
Havanın temperaturu gecə 23-27° isti, gündüz 30-35° isti, Bakıda gecə 24-26° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 80-90 faiz, gündüz 50-60 faiz təşkil edəcək. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28° isti, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti təşkil edəcək.
 
Naxçıvan Muxtar Respublikasında
 
Hava gün ərzində əsasən yağmursuz keçəcək. Temperaturun gecə 19-24° isti, gündüz 34-39° isti olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
 
Hava gün ərzində əsasən yağmursuz keçəcək. Temperaturun gecə 14-19° isti, gündüz 25-30° isti olacağı ehtimalı var.
 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
 
Hava yağmursuz olacaq. Temperaturun gecə 20-25° isti, gündüz 32-37° isti olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
 
Hava gün ərzində əsasən yağmursuz keçəcək. Temperaturun gecə 18-23° isti, gündüz 30-35° isti olacağı gözlənilir.
 
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
 
Hava yağmursuz olacaq. Temperaturun gecə 21-26° isti, gündüz 34-39° isti olacağı ehtimalı var.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
 
Gün ərzində hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 22-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir. musavat /

Google+ WhatsApp ok.ru