Bakıda saxta əskinaslar aşkarlanıb

Bakıda saxta əskinasların hazırlanması faktı qeydə alınıb. 
 
Maide.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Cəlilovdan 39 ədəd saxta 20 manatlıq əskinas götürülüb. Onun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd “HP” markalı rəngli printer aşkar edilİb.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru