Bakıda təhlükəli sərnişin avtobusu – FOTO 16 Avqust 2017 01:00 Ölkə Vətəndaş Aqil Əzizovun “Bizimyol.info” saytına verdiyi məlumata görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə işləyən 111 saylı qəsəbədaxili marşrut avtobusları bərbad vəziyyətdədir. Təhlükəli və narahat avtobuslar sərnişinlərin həyatını riskə atır. A.Əizizov bu problemlə bağlı dəfələrlə aidiyyatlı orqanlara müraciət etdiyini və şikayətinə baxılmadığını dedi: “Müraciətimdə məqsəd sərnişinlərin avtobuslarla rahat və təhlükəsiz gediş-gəlişi üçün sərnişindaşımalarda istifadə edilən avtobusların müasir tipli nəqliyyat vasitələri ilə əvəz edilməsidir”. Lökbatan sakini sərnişindaşımada istifadə edilən 111 saylı qəsəbədaxili marşrut avtobuslardan birinin salonunun şəkillərini çəkib bizə göndərib.Bizimyol.info həmin şəkilləri təqdim edir: Teqlər : #Bakıda təhlükəli sərnişin avtobusu – FOTO , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycandakı yol qəzalarının STATİSTİKASI - bu il neçə nəfər ölüb? Proqnoz: `Daha 10-dan çox bank bağlanacaq`