Bakıda tramvaylar bərpa olunacaq? — Rəsmi

Yaxın gələcəkdə paytaxt Bakıda tramvay xətləri yenidən bərpa olunacaq. 
 
Bunu Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib. Nazirlik rəsmisi vurğulayıb ki, artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb: “Tramvay xətlərindən daha çox istifadə edən Çexya paytaxtı Praqa şəhərində nəqliyyat nazirliyinin əməkdaşları araşdırma aparıblar. Məlum olub ki, şəhərində əhalinin 95 faizini tramvaylardan istifadə edir. Sözü gedən şəhərdə avtobuslar eksponant kimi hərəkət edir. Artıq paytaxt Bakıda da yaxın gələckdə tramvay xətlərini bərpası mümkün ola bilər”.
 
Xatırladaq ki, keçmiş SSRİ-də ilk dəfə Bakıda işə salınan tramvayın böyük bir tarixi var. Hələ inqilabdan əvvəl 1889-cu ildə yeganə olaraq şəhər nəqliyyatı üçün Bakıda “konqa” (polad rels xətti ilə işləyən fayton) tikilib. Ancaq bu nəqliyyat neft paytaxtının tələbatını ödəmirdi. 1924-cü ilin fevralında Bakının küçələrində özunə möhkəm yer tutan tramvayın meydana gəlməsi ilə əlaqədar konka aradan çıxmışdır. Bu tramvayın əsasında ilk dəfə olaraq elektrik dəmir yolu çəkilib. 1926-cı il 6 iyulda istifadəyə verilən bu yol Bakı-Sabunçu-Suraxanı xəttini birləşdirmişdir.
 
SSRİ vaxtı Bakı şəhərinin küçələrini bəzəyən tramvaylar SSRİ dağıldıqdan sonra öz çətin zamanlarını yaşamışdır. Belə ki, 2000-ci ildən başlayaraq əvvəlcə mərkəzi küçələrdən, sonra isə kənar küçələrdən tramvaylar yığışdırılmışdır. Bakı Tramvay Parkı 2003-cü ilin noyabr ayında öz fəaliyyətini dayandırmışdır.Aktual /
 

Google+ WhatsApp ok.ru