Bakıda uçqun olub, xəsarət alanlar var

Bakıda uçqun olub, xəsarət alanlar var

Bakıda uçqun olub.
 
Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində qeydə alınıb. Güclü külək yol kənarındakı hasarı uçurub. Nəticədə ərazidə işləyən “Azəriqaz”ın işçiləri – 1968-ci il təvəllüdlü Ədalət Əliyev, 1986-cı il təvəllüdlü Natiq Mustafayev və 1965-ci il təvəllüdlü Hücaət Hüseynov xəsarət alıb.
 
Yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır, digərləri isə orta ağır qiymətləndirilir.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa) /
 

Google+ WhatsApp ok.ru