Bakıda Xəzəryanı ölkələrin XİN rəhbərləri müavinlərinin iclası keçiriləcək

İranın xarici işlər nazirinin müavini və bu ölkənin  Xəzər dənizi üzrə xüsusi  nümayəndəsi İbrahim Rəhimpur Bakıya səfər edəcək. Maide.az xəbər verir ki, bunu İranın  Azərbaycandakı  səfiri  Möhsin Pakayin deyib. 
 
M.Pakayin Bakıda keçiriləcək iclasın  Xəzərin  statusunun tənzimlənməsi uğrunda atılmış  bir addım kimi  dəyərləndirib və deyib ki, ümid  edirəm bu  danışıqlar Xəzəryanı ölkələrin mənafeinin  təmini üçün razılıqların əldə olunması  ilə  nəticələnəcək.
O, görüşün dəqiq vaxtını açıqlamayıb. 
 
M.Pakayin həmçinin  aprelin 7-də Bakıda İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin  və  aprelin  5-də İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Ramsərdə keçirəcəyi  görüşlər haqqında bildirib ki,  fərvərdin ayının ikinci yarısında (aprelin əvvəlində)  İran bölgədə  bir neçə siyasi görüşlərin şahidi olacaq. “Qeyd etdiyim iki görürüşlər onu göstərir ki, region ölkələri  bir neçə tərəfli əlaqələrin inkişafını diqqətdə saxlayır.”
 
M.Pakayin deyib ki, Ramsərdə İran, Türkiyə və Azərbaycan XİN başçılarının görüşü 3 ölkə arasında əlaqələrin inkişafı üçün önəmli bir addımdır.  “Üç ölkə beynəlxalq terrorizmlə mübarizədə, yüklərin nəqli və tranziti və iqtisadi sahədə əlaqələrin inkişafını müzakirə edəcək”. 
İranın Azərbaycandakı səfiri M.Pakayin aprelin  7-də  Bakıda  İran, Azərbaycan və Rusiya  XİN başçılarının görüşü ilə bağlı bildirib ki, ilk dəfədir ki, belə  tərkibdə görüş keçirilir. “Bu görüş onu göstərir ki,  üç ölkə arasında tranzit,ticarət və enerji sahəsində əməkdaşlıq , həmçinin regionda   sülh və sabitliyin  qorunması üçün yeni platformalar yaranıb.”
 
M.Pakayin  İran,Rusiya, Azərbaycan və Türkiyə əlaqlərinin inkişaf etdiyini  bildirib  və  deyib ki, bu ölkələr bir-birləri ilə qonşudur, bundan başqa bir-birinə  tarixi,mədəni və dini bağlılıqları var. Bu dörd ölkə arasında  yaxınlaşma regionda  və beynəlxalq aləmdə bu ölkələrin rolunu artıra bilər. /
 

Google+ WhatsApp ok.ru