Bakıda xüsusi əməliyyat: 40-dan çox şəxs saxlanılıb

Dünən axşam, Bakının Yasamal rayonunda aparılan operativ-əməliyyat tədbirləri nəticəsində xüsusi xidmətin əməkdaşları radikalları ilə əlaqədə şübhəli bilinən 42 nəfəri saxlayıblar.  
 
 Maide.az haqqin.az-a istinadən verdiyi məlumata görə, bu barədə Yasamal rayon Polis İdarəsindən bildiriblər.
 
Məlumdur ki, xüsusi xidmət əməkdaşları M.Seyidov 13 ünvanında yerləşən və Fərzəliyev soyadlı şəxsə malik "Farklı Lahmacun" adlı çay evinə daxil olublar.  
 
Bu zaman müəssisədə 40-dan çox adam olub, onlar dini xarakterli tədbir keçiriblər. Toplaşanlar arasında iki yetkinlik yaşına çatmayan şəxs də olub. Bütün saxlanılanları Yasamal Rayon Polis İdarəsinə gətiriblər. Hadisə yerindən tapılmış dini ədəbiyyat da götürülüb.
 
Xəbər verildiyi kimi, saxlanılan şəxslərin bəzilərinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168.2-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə, bu işə yetkinlik yaşına çatmayanları cəlb etmə) maddəsi üzrə iş açılıb.  
 
Cinayət məsuliyyətinə cəlb edilənlərdən hələlik üçünün adı məlumdur, bu, Zaqatala rayon sakinləri Rəcəbov Adil Məmməd oğlu, Kamran Eldar oğlu və Bakı sakini Şabanov Zaur Əhəd oğludur.
 
Hal-hazırda istintaq orqanları saxlanılan şəxslərin Azərbaycandan kənarda fəaliyyət göstərən qanunsuz silahlı qruplaşmalara aidiyyatını yoxlayırlar. Başqa sözlərlə, saxlanılan şəxslərin Suriya və İraq ərazisində hərbi əməliyyatlarda iştirak edən radikallara aidiyyatı olması ehtimalı var. /
 

Google+ WhatsApp ok.ru