Bakıda yaşlı qadına qarşı iyrənc hərəkət 06 Mart 2015 02:00 Hadisə Bakıda 58 yaşlı qadını döyərək pulunu aparıblar. Maide.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Balaxanı qəsəbəsində, Cahangir Cahangirov küçəsi döngə 1, ev 5-də qeydə alınıb. Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Narözə Xıdır qızı Məmmədovanın yaşadığı mənzilə daxil olan iki naməlum şəxs onu döyərək 2500 manat pulunu aparıblar. Polisdən N.Məmmədovanın xırda ticarətlə məşğul olduğu bildirilib. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır. Teqlər : #Bakıda yaşlı qadına qarşı iyrənc hərəkət, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəki-Bakı avtobusu Yasamalda qəzaya düşdü: yaralılar var Rusiyada daha bir azərbaycanlı iş adamı qətlə yetirildi