Bakıda yanğın: ölənlər var

Həlak olanların sayı barədə hələlik dəqiq məlumat yoxdur.
 
Keçmiş Sovetski küçəsinin ərazisində - M.Aliev küçəsi boyu yerləşən həyət evlərindən biri yanır.  
 
Maide.az -ın  haqqın.az-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölənlər var.
 
Yanğın zamanı zərərçəkən və həlak olanların sayı barədə hələlik dəqiq məlumat yoxdur.
 
Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-nın bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə yerinə həmçinin polis əməkdaşları gəliblər.
 
İlkin informasiyaya əsasən, yanğına qazla ehtiyatsız davranma səbəb olub. Bu gün profilaktik işlərlə əlaqədar "Azəriqaz" İB Bakının bəzi yerlərinə təbii qaz verilişini dayandırmışdı. Yanğının baş verdiyi evdə qaz plitəsinin açarları açıq qalıbmış. Evlərə qaz verilişi bərpa olunarkən yanğın baş verib. /

Google+ WhatsApp ok.ru