Bakıda yataqxananın tavanı çökdü - yaralananlar var

Bakıda yataqxananın tavanı çökdü - yaralananlar var

Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib.
 
Yataqxana sakinlərinin verdiyi məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Energetika yataqxanası"nda baş verib. Axşam saatlarında yataqxanadakı otaqlardan birinin tavanı uçub. Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb.
 
Məlumata görə, hadisə baş verən yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir. (Trend) /

Google+ WhatsApp ok.ru