Bakıda yayılan qoxunun səbəbi açıqlandı - RƏSMİ

Bakıda yayılan qoxunun səbəbi açıqlandı - RƏSMİ

Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

 
Bunu Trend-in sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.
 
Onun sözlərinə görə, iy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdılığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.
 
O qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.

Google+ WhatsApp ok.ru