Bakıda yeni marşrutlar istifadəyə verilib

Oktyabrın 3-dən "Baku-Bus" MMC-nin 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Maide.az-a verilən məlumata görə, 6 saylı marşrut avtobusunun hərəkət cədvəli “Azadlıq” metro stansiyası - akademik Həsən Əliyev küçəsində - Tbilisi prospekti - "Lider TV" - "Elmlər Akademiyası" metro stansiyası - "İçərişəhər" metro stansiyası - 20-ci sahə olacaq.
 
8 saylı marşrut avtobusu isə bu qaydada hərəkət edəcək: "Azadlıq" metro stansiyasından - Səməd Vurğun küçəsi - Heydər Əliyev sarayı - “28 may” metro stansiyasına qədər hərəkət edəcək.
 
Hərəkət istiqaməti Şəhidlər Xiyabanı - “Elmlər Akademiyası” metro stansiyası - “Koroğlu” parkı - “Gənclik” metro stansiyası - “N.Nərimanov” metro stansiyası - Montin bazarı olan əvvəlki 6 saylı marşrut avtobusu 63 nömrəsi ilə əvəzlənib. Yəni əvvəlki 6 saylı marşrut avtobusu artıq 63 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərir.

Google+ WhatsApp ok.ru