`İran Air` aviaşirkəti Tehran-Bakı-Tehran reysi üzrə uçuşları tezliklə bərpa edəcək

"İran Air" aviaşirkəti Tehran-Bakı-Tehran reysi üzrə uçuşları yaxın zamanlarda bərpa edəcək. Bu barədə Trend-ə "İran Air"in Bakı ofisinin rəhbəri Müctəba Qulamian deyib.
 
M.Qulamian bildirib ki, uçuşlar yaxın zamanlarda bərpa olunacaq: “Hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır. Ümid edirik ki, tezliklə uçuşlar bərpa ediləcək”.
 
Qeyd edək ki, "İran Air" aviaşirkəti 1992-ci ildən Azərbaycanda iki istiqamətə Bakı-Tehran-Bakı və Bakı-Təbriz-Bakı istiqamətlərində uçuşlar həyata keçirirdi. "İran Air" aviaşirkəti Tehran-Bakı-Tehran reysi üzrə uçuşları 2014-cü ilin oktyabr ayından dayandırıb. Uçuşların 2015-ci ilin fevralın 1-dən bərpa olunacağı gözlənilirdi. "İran Air" aviaşirkəti hər həftənin dördünçü günləri Bakıya uçuşlar həyata keçirirdi.
 
Xatırladaq ki, yaxın vaxtlarda Bakı-Məşhəd aviareysinin də açılması gözlənilir. Trend-in əldə etdiyi məlumata görə, bu reys üzrə uçuşların başlanması ilə bağlı danışıqlar son mərhələdədir. İşlərin tamamlanmaq üzrə olduğu və Bakı-Məşhəd reysi üzrə uçuşların tezliklə həyata keçiriləcəyi bildirilir. /
 

Google+ WhatsApp ok.ru