Bakıda yeniyetmə və gənclərdən ibarət soyğunçu dəstə tutulub

Bakıda yeniyetmə və gənclərdən ibarət soyğunçu dəstə tutulub.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsi (PB) və Şevik Polis Alayı (ÇPA) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 31-də M.Cəlal küçəsində Bakı şəhər sakini Cümşüd Hüseynbəylinin mobil telefonunu əlindən alıb qaçmaqla soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər məhkum olunan 1995-ci il təvəllüdlü Pərviz Hüseynli, 1999-cu il təvəllüdlü Tunar Şahməmmədli və 2000-ci il təvəllüdlü Fariz Hüseynov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Google+ WhatsApp ok.ru