Bakıda yük avtomobili yeniyetmənin üstündən keçərək onu öldürüb

Bakıda yük avtomobili yeniyetmənin üstündən keçərək onu öldürüb

Bakıda yolu keçmək istəyən 14 yaşlı oğlanı yük avtomobili vurub.
 
Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
 
Belə ki, "Shacman" markalı avtomobil 2002-ci il təvvəllüdlü Səid Eyvazovu vuraraq üstündən keçib. S.Eyvazov "Təcili yardım" maşını ilə xəstəxanaya aparılarkən ölüb.
 
Qəzanı törədən "Shacman" markalı yük avtomobilinin sürücüsü Nurlan Şirinov saxlanılıb.
 
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. (report) /

Google+ WhatsApp ok.ru