Bakıda zavodda kütləvi zəhərlənmə: fəhlələr xəstəxanaya yerləşdirildi

Bakıda yerləşən zavodların birində kütləvi zəhərlənmə baş verib.
 
Hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Metal Konstruksiyalar zavodunda bir neçə gün öncə baş verib.
 
Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Elçin Rəhimovun icarə əsasında işlətdiyi metal qəbulu sexində naməlum səbəbdən Ammonyak turşusu yerə dağılıb.
 
Nəticədə yaxınlıqdakı taxta sexində işləyən fəhlələr – Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Yaşar Xancalov, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Yusif Kərimov, Ağsu rayon sakini, 1985-ci təvəllüdlü Xəqani Nurəliyev, Ucar rayon sakini, 1988-ci il təvəllüdlü Rzaağa Heydərov, Bakı şəhər sakinləri -1971-ci il təvəllüdlü Pərviz Əbdülhəmidov və qardaşı, 1974-cü il təvəllüdlü Rövşən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
 
Toksokologiya xəstəxanasında müalicə olunan fəhlələrin səhhəti qənaətbəxşdir.
 
Araşdırma aparılır. (Qafqazinfo)

Google+ WhatsApp ok.ru