`Bakıelektrikşəbəkə`də yanğın

"Bakıelektrikşəbəkə" ASC-yə məxsus yarımstansiyada yanğın baş verib.
 
Maide.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda "Bakıelektrikşəbəkə" ASC-yə məxsus 214 saylı yarımstansiyanın ərazisində yerləşən ümumi sahəsi 200 kv.m olan tikilinin içərisində quraşdırılmış gücü 6 kVt olan transformatorun çıxış kabeli 1 p.m yanıb.
 
Transformator yanğından mühafizə olunub.
 
Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Google+ WhatsApp ok.ru