`BakıKart`ı onlayn yükləyəcəyik 17 Avqust 2016 01:00 Xəbərlər Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün "BakıKart" kartlarını internet vasitəsilə yükləmək mümkün olacaq. Maide.Az bildirir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə deyib. Onun sözlərinə görə, adıçəkilən xidmət hələlik korporativ müştərilərə (şirkət və müəssisələr) göstərilir: "BakıKart"ın balansını artırmaq üçün bank kartlarından istifadə olunur. Gələcəkdə xidmət bütün istifadəçilər üçün əlçatan olacaq". İnternet vasitəsilə ödənilən məbləğ sərnişinin "BakıKart"ı yükləmə aparatlarındakı oxuma qurğusuna yaxınlaşdırmasından sonra avtomatik olaraq kartın balansına oturacaq. Bunun üçün həmin qurğuda internet vasitəsilə yüklənən kartlara görə yeni interfeys tətbiq ediləcək. Teqlər : #`BakıKart`ı onlayn yükləyəcəyik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'Azərbaycanda fəallar referendum öncəsi saxlanır' Erkən İslam dövrünə aid məscid tapılıb