Erkən İslam dövrünə aid məscid tapılıb

Erkən İslam dövrünə aid məscid tapılıb

Səudiyyə Ərəbistanda Erkən İslam dövrünə aid məscid kəşf olunub. 
 
Maide.Az bildirir ki, “Şərq əl-Əvsət” qəzetinin məlumatına görə, bu tarixi məscid Səudiyyə Ərəbistanın Riyad şəhərinin 80 kilometr cənubunda yerləşən “Əl-Xərc” əyalətində tapılıb. 
 
Bu bölgədə arxeoloji qazıntılar aparan səudiyyəli və fransalı arxeoloqlar Yəmamə bölgəsində bu böyük məscidin qalıqlarını tapıblar.  
 
Ekspertlər deyir ki, bu məscid Hicri Qəmərinin I-V əsrinə aiddir. Məscidin 3 üstüörtülü eyvanı, iki mehrabı və bir üstüaçıq  həyəti var.  Ehtimal olunur ki, həmin dövrdə bu məscid bəlkə də Məscidül-Nəbi və Məscidül-Haramdan sonra üçüncü ən böyük məscid olub. 
 
Məscidin xüsusiyyətlərindən biri onun dairə formasında olan sütunlarıdır. Bu sütünların hər birinin eni  2 metrdir. Arxeoloji qazıntılar zamanı məscidin minarələrinin qalıqları da tapılıb. Bununla bərabər məscidin ətrafında yaşayı evlərinin olduğu da bildirilir.

Google+ WhatsApp ok.ru