Bakı məktəbində kütləvi dava: Bir şagird xəstəxanaya aparıldı

Bakının Səbayel rayonundakı 160 nömrəli Klassik Gimnaziyada 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verib.
 
Bu barədə “Report”a Səbayel Rayon Polis İdarəsindən bildirilib. Hadisə nəticəsində gimnaziyanın 10-cu sinif şagirdi, 16 yaşlı Fərhad İlham oğlu Qasımov döyülüb. Onun burnu sındırılıb. F.Qasımov xəstəxanaya aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, 160 nömrəli Klassik Gimnaziya Təhsil Nazirliyinin 2013-cü ildə açıqladığı 2012-2013-ci il buraxılış imtahanlarının nəticələrinə görə orta məktəblərin reytinq siyahısında ikinci olub. /
 

Google+ WhatsApp ok.ru