Bakı meriyasının qarşısında aksiya -VİDEO

Ötən gün "Yeni Yasamal" MTK-dan mənzil alan və 10 ildir evlərinə köçə bilməyən sakinlər bu dəfə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında toplaşdılar.
 
Bu illər əzində binanın təhvil verilməsini gözləyən vətəndaşlar dövlət qurumlarına müraciətlərinin nəticəsiz qaldığını deyirlər.
 
"Bu da bizim icra hakimiyyətimiz... Bizi qəbul etmirlər. Belə qanunsuzluq olmaz. Bizi kimsə qəbul edib şikayətimizə baxmalıdır. Dələduzlar bizim pullarımızı yeyirlər, amma biz də qalmışıq küçələrdə" - deyə sakinlər bildirib.
 
Nurəddin Rəhimov deyir ki, binanın sədri Cahangir Alışov hara istəyirsiniz şikayət edin deyib: "Bizim cəmiyyətdə rüşvət yoxdur, hamı haqq-ədalətlə, qayda-qanunla işləyir. Biz də pulumuzu vermişik, evimizi tələb edirik. 5-6 nəfərlə gəldik ki, ərizəmizi verək. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrindən kimsə bizi qəbul eləsin. Bizə desinlər ki, şikayətimizə baxılacaq və ya baxılmayacaq".
 
Problemlərinə çarəni Prezident Administriyasıyasına müraciət etməkdə görən şikayətçilər ora yollanıblar. Administriyasiyadan bildiriblər ki, sabah onları (bu gün) qəbul edəcəklər.
 

Google+ WhatsApp ok.ru