Qurani Kərimi nəfis səsi ilə ifa etmiş xalq artisti İlham Əsgərov dünyasını dəyişdi

Öz təkrarolunmaz səsi ilə Qurani Kərimi, İmam Səccadın (ə) dualarını, Həzrət Əli (ə), Həzrət Yaqub (ə) və bir çox dini filmlərdə aparıcı şəxslərin rolunu səsi ilə canlandıran xalq artirsti İlham Əsgərov vəfat edib.
 Deyerler.org-un məlumatına görə, bu barədə ATV.az-a İlham Əsgərovun yaxın qohumu olan müğənni Rövşən Əziz məlumat verib:"Ötən axşam  dünyasını dəyişdi. Qəflətən infarkt keçirdi. Xəstəxanaya aparılan zaman yolda vəfat etdi"
İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.
İlham Əsgərov İmam Zeynülabidinin (ə) dualarından ibarət “Səhifeyi-Səccadiyyə” kitabını səsləndirəndə, “İlahi, bunlar necə sözlər, necə dualardır, təkrar olunmur, bir-birini əvəzləmir”, deyərək, göz yaşlarına hakim ola bilmirdi. Ruhu şad olsun. 
 
Allah rəhmət eləsin!
 

Google+ WhatsApp ok.ru