Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb

Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb

-- `Həzi Aslanov-Dərnəgül` xəttində

Bu gün, təxminən, saat 09:00-da "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" xəttinin avtomotik idarəetmə sistemində problem yaranıb.
 
Maide.Az bildirir ki, bu barədə "Report"a metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
 
Onun sözlərinə görə, son nəticədə qatarlar stansiyalara əllə idarəetmə hesabına qəbul edilib: "Buna görə də qatarların bir qismi "Memar Əcəmi", bir qismi isə "Azadlıq prospekti" stansiyasindan geri qaytarılıb və sərnişinlər düşürülüblər. Yalnız bəzi qatarlar "Dərnəgül" stansiyasına qədər hərəkət edib. Saat 09:21-də həmin problem tam aradan qaldırılıb".
 

Google+ WhatsApp ok.ru