Bakı metrosunda nə baş verir?- İşçilər 6 aylıq məzuniyyətə göndərildi

Bakı Metropolitenində kütləvi ixtisarların olması ilə bağlı məlumat yayılıb. “Qafqazinfo”ya daxil olan məlumata görə, qurumun Tikinti Departamentində işçilər öz hesablarına 6 aylıq məzuniyyətə göndərilib. 
 
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, təmsil etdiyi qurumda ixtisar aparılmır: “Ancaq tikinti departamentində öz hesabına məzuniyyətə gedənlər ola bilər. Bu da tikinti sahəsi üçün normal haldır. İşlərin müəyyən hissəsi başa çatanda və ya hər-hansı bir sahənin işi azalanda belə halların olması mümkündür. Təbii ki, onlar işə qayıdacaqlar. Hətta onlardan bəziləri başqa sahələrdə işlə təmin edilirlər. Məzuniyyətə göndərilənlərin saylarını isə dəqiq bilmirəm”.

Google+ WhatsApp ok.ru