Azərbaycanda hava kəskin dəyişəcək, qar yağacaq - yenilənib

(Sonuncu abzasdan once iki abzas əlavə olunb )

Sabah Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Axşam havanın kəskin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, temperaturun 1-3 dərəcə isti olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun yanvarın 8-də ötən günlə müqayisədə 10-12 dərəcə aşağı enəcəyi, ayın 8-i gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, 9-u gün ərzində 0 dərəcəyə yaxın, ayın 9-10-da gecə saatlarında 4 dərəcəyədək şaxta olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə bu proses yanvarın 7-si günün ikinci yarısında qərb rayonlarından başlayacaq, ayın 10-dək fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq, arabir intensivləşəcək. Əsasən Kür vadisi rayonlarında qərb küləyinin güclənəcəyi, temperaturun kəskin enəcəyi gözlənilir. Yollar buz bağlayacaq.

Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10, axşam 0-3 dərəcə şaxta olacağı gözlənilir./

Google+ WhatsApp ok.ru