Bakı metrosundan istifadə edənlərin sayı 3 faiz azalıb

Bu ilin yanvar-aprel ayları ərzində Bakı metrosu ilə daşınan sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən azalıb.
 
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 71,8 mln. nəfər olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,8% azdır.
 
Ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 12,1%-i metronun payına düşür. /
 

Google+ WhatsApp ok.ru