Bakı metrosunda qatarın qapıları sıradan çıxdı

Bu gün səhər 08:25 radələrində Bakı metropoliteninin “Nizami” stansiyasında “Həzi Aslanov” – “Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.
 
Hadisə şahidlərinin bildirdiklərinə görə, vaqonlardan birində qapıların bağlanmaması sərnişinlərin vaqonlardan düşürülməsi ilə nəticələnib.  
 
Bunun nəticəsində “Nizami” stansiyasında sərnişin sıxlığı yaranıb və qatarların hərəkətində ləngimələr müşahidə olunmağa başlayıb.
 
Nasaz qatar depoya göndərilib.  

Google+ WhatsApp ok.ru