Bakı metrosunun keçidlərində sökülən köşklər yenidən tikilir

Bakı metrosunun keçidlərində ticarət köşklərinin bərpasına artıq başlanılıb.
Hafta.az-ın məlumatına görə, metronun "Nəriman Nərimanov" stansiyasının yeraltı keçidində dünəndən etibarən artıq köşklər tikilməkdədir. Keçiddə yerləşən yeni köşklər şəffaf şüşədən hazırlanır.
Qeyd edək ki, QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bir neçə gün öncə məlumat verərək bildirmişdi ki, metro keçidlərindəki köşklər bərpa oluna bilər. N.Paşayevin sözlərinə görə, köşklərdə yalnız gül, kitab satılması və ya aptekin fəaliyyət göstərməsi nəzərdə tutulub./

Google+ WhatsApp ok.ru