Bakının `20-ci sahə`sində `qaz aksiyası`: sakinlər nə istəyir? 25 Yanvar 2016 02:00 Ölkə Səbayel rayonu, Arif İsmayılov küçəsinin sakinləri qazın verilməməsinə etiraz olaraq bu gün "20-ci sahə"də aksiya keçirirlər. Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər. Onların sözlərinə görə, hazırda 200-dək sakin qaz verilişinin bərpa olunmasını tələb edir. Onlar 2 aydan çoxdur qazın verilmədiyini deyirlər. Hadisə yerinə Səbayel Rayon İcra Hakimiyyətinin nümayəndələri və polislər gəlib. İcra hakimiyyətinin nümayəndələri “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxlayıblar. Birlikdən ərazidə təmir işləri aparıldığını, amma axşama qədər qazın veriləcəyini söyləyiblər. İcra hakimiyyəti sakinlərdən problemin həll olunması üçün vaxt istəyib. Buna baxmayaraq, 50-dən çox sakin küçədə gözləyəcəyini deyib. Hazırda aksiya davam edir. Teqlər : #Bakının `20ci sahə`sində `qaz aksiyası`: sakinlər nə istəyir?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İcra başçısı özünə zirehli maşın alıb - 500 min dollara! Qiymət Mehdiyev suallardan yayındı və Bodrumda 1 villa aldığını açıqladı