Bakının bəzi küçələrində böyük tıxac yaranıb - FOTO

Bu gün səhər saatlarından etibarən Bakının bəzi küçələrində böyük tıxac yaranıb.
 
Ən ağır vəziyyət 20 Yanvar dairəsi ətrafında müşahidə olunub. Tıxacın yaranmasına səbəb qeyd olunan ərazidə aparılan təmir işləridir. Belə ki, bununla əlaqədar dairəyə nəqliyyat vasitələrinin girişi müvəqqəti qadağan olunub.
 
Qeyd edək ki, həmin ərazidə tikinti işlərini Bakı şəhər İcra Hakimiyyəti aparır. Sürücülərin əsas narazılığı isə tikinti işlərinin həftənin iş günlərində aparılmasıdır.
 
Daha bir böyük tıxac Yusif Səfərov küçəsində qeydə alınıb. Tıxacın yaranmasının səbəbləri məlum deyil.
 
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytında (saat 10:15 radələrindəki vəziyyətə əsasən) yer alan məlumata görə, Bakı-Sumqayıt yolunda (şəhərin mərkəzi istiqamətində), Təbriz küçəsində, akademik Şəfayət Mehdiyev küçəsində, Abbasqulu Ağa Bakıxanov küçəsinin bir hissəsində, Fətəli Xan Xoyski prospektində, Şeyx Şamil küçəsində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Google+ WhatsApp ok.ru