Bakının bəzi ərazilərində su təchizatı iki günlük məhdudlaşdırılır

Bakının bir neçə küçə və qəsəbəsində iki gün müddətində içməli suyun verilməsində fasilələr yaranacaq.
 
“Azərsu” ASC-dən Maide.az-a verilən məlumata görə, II Bakı su kəmərinin Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakı şəhəri Heydər Əliyev, Azadlıq, Bülbül, Ziya Bünyadov, Nobel, Babək prospektlərinin, S. Vurğun, S. Rüstəm, İ.Nəbiyev, R.Behbudov, Füzuli, Əliyar Əliyev, Kazımağa Kərimov, Aşıq Qurban küçələrinin, Yeni Günəşli, Keşlə və NZS qəsəbələrinin bəzi hissələrinə, “Azərneftyağ” neft emalı zavoduna, Ə.Bayramzadə adına 1 saylı İstilik Elektrik Mərkəzinə içməli su dekabrın 8-9-da məhdudiyyətlə veriləcək.
 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Google+ WhatsApp ok.ru