Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb 08 Dekabr 2014 02:00 Ölkə Bakıda müşahidə olunan küləkli hava şəraiti dekabrın 11-nə qədər davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında dekabrın 9-da gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub bölgəsində az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə, dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Teqlər : #Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakının bəzi ərazilərində su təchizatı iki günlük məhdudlaşdırılır Leyla Yunus həkimlərin xidmətindən imtina edib