Bakının bu prospekti sabahdan bağlanacaq 27 Fevral 2017 02:00 Ölkə Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nərimanov prospekti yenidən qurulur. Maide.Az “Azəravtoyol” ASC-ə istinadən xəbər verir ki, bu işlər çərçivəsində fevralın 28-dən etibarən avtonəqliyyat vasitələrinin sözügedən prospektlə hərəkəti məhdudlaşdırılacaq. Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən "Statistika dairəsi"nə qədər olan hissədə tətbiq ediləcək. Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq. “Azəravtoyol” ASC bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir. / Teqlər : #Bakının bu prospekti sabahdan bağlanacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah bu ərazilərdə qaz olmayacaq Güzgü yol qəzalarının qarşısını alır?