Bakının mərkəzi küçəsi təmirə bağlanıb - XƏRİTƏ

Bakının mərkəzi küçəsi təmirə bağlanıb.
 
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, M.Müşfiq küçəsində (Qurd qapısı adlanan ərazidən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati binasına qədər olan küçə hər iki istiqamətdə) təmir işləri aparılır.
 
Sürücülərə alternativ yol kimi Əsəd Əhmədov, Xiyabani küçələri göstərilir. Eləcə də sürücülər Avtovağzalın yanından Dairəvi yola daxil ola bilərlər.
 
Təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.
 

 

Google+ WhatsApp ok.ru