Sabah 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 06-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Maide.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Havanın temperaturunun gecə 3-5, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 06-07-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən xəzri və gilavar küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir./

Google+ WhatsApp ok.ru