Bakının mərkəzindəki qətlin təfərrüatları üzə çıxdı: kütləvi dava olub

Bakının "Sahil bağı" yaxınlığında baş vermiş qətllə bağlı yeni təfərrüatlar məlum olub.

 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qətlə yetirilən Həsən Namiq oğlu Həsənovun yanında başqa bir dostu da olub. Ona da bıçaq xəsarəti yetirilib. Yaralı hazırda Kliniki Tibbi Mərkəzdədir. Onun şəxsiyyəti məlum olub. Bu 1993-cü il təvəllüdlü Məmməzadə Orxan Təbriz oğludur.

 

Xatırladaq ki, dünən axşam saatlarında Bakının mərkəzində qətl hadisəsi baş verib. Cinayət “Sahil bağı”nın yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, iki gənc arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Gənclərdən biri bıçaqla digərinin boğazını kəsib. Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, qətlə yetirilən 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur./

Google+ WhatsApp ok.ru