Bakının mərkəzi küçələrindən biri bağlanır 17 Mart 2017 02:00 Ölkə Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. Maide.Az xəbər verir ki, "Azəravtoyol" ASC-dən verilən məlumata görə, məhdudlaşdırma mart ayının 18-dən 19-na keçən gecədən etibarən və bir-neçə günlük tətbiq edilməyə başlanılacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Alternativ olaraq sürücülər Nobel prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Babək prospekti, Heydər Əliyev prospekti, həmçinin Xocalı prospekti, Fəzail Bayramov küçəsi, Babək prospekti, Heydər Əliyev prospekti istiqamətlərindən istifadə edə bilərlər. / Teqlər : #Bakının mərkəzi küçələrindən biri bağlanır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ümid qapıları üzünə bağlanan insan - AİP lideri Mövsüm Səmədov intihardan yazır 1-2 mərtəbəli köhnə binalar dura-dura 5 mərtəbəli söküləcək