Bakının qış qayğıları

Bakının qış qayğıları

"Müsavat.com"da  "Qış qapıda: Bakının əsas problemləri nədir? sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif paytaxt rəhbərliyinin qışa hazırlaşmasını, bu sagədəki problemləri ekspert Nüsrət Qasımovla müzakirə edir.
 
Məqalədə deyilir ki, qış mövsümünə hazırlıqla bağlı Bakı Şəhər İcra Hakimiyyətində xüsusi qərargah yaradıb, tədbirlər planı təsdiq olunub və qaz, su, elektrik, istilik, nəqliyyat təsərrüfatları tədbirlər planı hazırlayıblar.
 
Müəllif deyir ki, bu il qışın Bakıda sərt keçəcəyi kimi proqnozlar var və hər il qış aylarında paytaxt ərazisində əsasən təbii qaz və yollarla bağlı problem yaranır.
 
N.Qasımov isə deyir ki, sayta bildirir ki, problemləri bir il ərzində tam həll etmək mümkün deyil və qərargah yaradılsa, tapşırıq verilsə belə, problemlər yenə yaranacaq: "Öncə deyim ki, cəmiyyətimizdə şikayət, haqqını tələb etmək mədəniyyəti hələ tam formalaşmayıb. Azərbaycanda 200 milyona qədər qaz abonenti var. Lakin ölkədəki qaz təsərrüfatı yeni deyil. Ölkədə 1990-cı illərin əvvəllərindən qaz çəkilişinə başlanıb. O zamandan indiyə qədər yerin altında qalan köhnə kəmərlər var".
 
Ekspertə görə, həmin qaz xətləri evlərə buxar istiliyi verən, su, kanalizasiya kəmərlərinin, kabellərin əhatəsi ilə keçir və belə təsərrüfatı birdən-birə təmir edib, yeniləmək çətin məsələdir.
 
N.Qasımov deyir ki, qaz cihazlarının girişində qazın təzyiqi 130 mm. olmalıdır, bundan artıq olanda kəmərlərdə təzyiq yüklənməsi yaranır, bu isə ağır fəsadlara gətirib çıxara bilər.
 
Ekspert vurulayır ki, Yasamalda, eləcə də digər bir çox ərazilərdə qaz kəmərləri layihə smeta dəyərləndirməsi olmadan çəkilib: "Yəni, bir qonşu qaz xətti çəkdirib, digərləri də ondan götürüblər. Nəticədə isə kəmərdə yüklənmə yaranıb və ötürmə qabiliyyəti imkan vermədiyi üçün insanlar qış aylarında əziyyət çəkirlər".
 
N.Qasımov hesab edir ki, su və elektrikin normal verilməməsi də qış aylarında Bakıda qaz probleminin yaranmasına səbəb olur.
 
Ekspert deyir ki, Bakının əsas problemlərindən biri kanalizasiya məsələsidir və burada bu sistem düzgün işləmir, ya vaxtında təmizləmirlər, zibil dolur, ya da tikilən hündürmərtəbəli evlər, düzgün asfaltlanmayan yollar problem yaradır: "Bu qədər ev tikilib, asfalt çəkilib, ancaq bir qarış torpaq ərazi qoymayıblar ki, su gələn zaman yerə hopsun. Yağış yağan kimi küçələrdə sel axır. Bakının kanalizasiya sisteminin mövcud suyu çəkməyə gücü çatmır".
 
N.Qasımova görə, odur ki, bu problemi qısa zamanda həll etmək mümkün deyil. 
 

Google+ WhatsApp ok.ru