Bakı Rusiyadan `Terminator` alır 02 Oktyabr 2014 01:00 Hərb Yeni qurğu gecə və gündüz ən kiçik ölçülü hədəfləri aşkar edə bilir Azərbaycan Rusiyadan "Terminator-2" döyüş maşınlarını almaq barədə danışıqlar aparır. Maide.az-ın məlumatına görə, "Uralvaqonzavod" korporasiyasının istehsalı olan "Terminator"ların silah dəstinə 30 millimetrlik avtomatik top, tank əleyhinə səsdən iti "Ataka-T" raketlərinin iki buraxılış qurğusu, iki avtomatik AQ-17D qumbaraatanı və çapı 7,62 millimetr olan pulemyot daxildir. Döyüş maşınında üç operatorun olması gecə və gündüz, ən çətin hava şəraitində, 360 dərəcəlik sektorda hətta ən kiçik ölçülü hədəfləri aşkar etməyə imkan yaradır. T-72 tanklarının şassisinin bazasında yaradılmış "Terminator-2" döyüş heyətinin sayını 5-dən 3-ə endirmək mümkün olub. Teqlər : #Bakı Rusiyadan `Terminator` alır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ Səudiyyə Ərəbistanına `Patriot` raketləri satacaq Erməni əsirlə bağlı Azərbaycan MN-dən AÇIQLAMA
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'