Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün son tarix açıqlandı

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün son tarix açıqlandı

2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 13-17 avqust tarixlərində qeydiyyatdan keçməlidirlər.
 
Maide.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qabiliyyət imtahanlarına yazılmaq üçün qeydiyyat linki: https://eservices.dim.gov.az/qabiliyyet
 
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 2 istiqamətə aid 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
 
Kinooperator ixtisasına qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək. Bu ixtisasa qəbul olmaq istəyən abituriyentlər müsabiqəyə qəbul (buraxılış) imtahanında topladıqları bal əsasında qatılacaqlar.
 
Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.
 
Qeyd: Ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən abituriyentlər də qeydiyyatdan keçə bilərlər.
 

Google+ WhatsApp ok.ru