`BakuBus`ın avtobusları yeni marşrutlar üzrə hərəkət edəcək

Gələn il "BakuBus" şirkətinin avtobusları 6 yeni marşrut üzrə hərəkət edəcək. Trend-in məlumatına görə, bunu "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova şirkətin saytının təqdimatı zamanı deyib.
 
Onun sözlərinə görə, şirkətin planlarına "BakuBus"un avtobus marşrutları ilə bütün paytaxtı əhatə etmək daxildir: "Əvvəlcə 14 marşrutu işə salmağı planlaşdırırıq. Onlardan səkkizi artıq şəhərdə işləyir və əsasən mərkəzi əhatə edir. Gələn il qalan 6 marşrutu işə salmağı planlaşdırıq". /
 

Google+ WhatsApp ok.ru