Novella Cəfəroğlu: “Bu, bizi məyus etdi” 29 Dekabr 2015 02:00 Ölkə “Bu, bizi çox məyus etdi və belə olacağını gözləmirdik”,- insan haqları üzrə İşçi Qrupun üzvü Novella Cəfəroğlu məhbusların azad edilməsi ilə bağlı dövlət başçısı İlham Əliyevin əfv sərəncamını Turan-a şərh edərkən bildirib. Onun sözlərinə görə, sərəncamda bir siyasi məhbusun adının belə olmaması özü zərbədir. “Bu cəmiyyətə də zərbədir, hüquq müdafiəçilərinə də. Amma ən böyük zərbə Azərbaycan dövlətinə və dövlət başçısına dəyir”,- N.Cəfəroğlu mövqeyini bildirib. Hüquq müdafiəçisi bütün işlərin bir əfv fərmanı ilə bağlı olmadığını bildirərək siyasi məhbusların azad edilmələri üçün səylərini bundan sonra da davam etdirəcəklərini söyləyib./ Teqlər : #Novella Cəfəroğlu: Bu,#bizi məyus etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `BakuBus`ın avtobusları yeni marşrutlar üzrə hərəkət edəcək “Gətirilən maşınlara görə depozit ləğv olunacaq”