Bakıya duman gələcək

Azərbaycanda mart ayına xas olan hava şəraiti davam edəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakı və Abşeron yarımadasında martın 13-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. 
 
Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq, cənub küləyi axşama doğru mülayim şimal küləyi ilə əvəzlənəcək.
 
Bakı və Abşeron yarımadasında martın 13-də havanın temperaturu gecə 2-5, gündüz 10-15 dərəcə isti olacaq.
 
Azərbaycan rayonlarında hava gecə əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin axşama doğru əsasən şimal və qərb rayonlarında yağıntılı proqnozlaşdırılır, dağlıq ərazilərdə sulu qar və qar yağacaq.
 
Qərb küləyi arabir güclənəcək.
 
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yer 15 dərəcə isti proqnozlaşdırılır.

Google+ WhatsApp ok.ru